İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın dostu Mehmet Mutlu ilin "Altın başqan"ı seçildi FOTO VİDEO

625 27.03.2022 20:00 Mədəniyyət A A

Azərbaycanın yaxın dostu olan Mehmet Mutlu Türkiyədə keçirilən "Altın Başkan ve Basın ödülleri" yarışmasının qalibi olub.

Musavat.com xəbər verir ki, o, ilin "Altın Baqan"ı seçilib.

Mehmet Mutlu Azərbaycana yönəlik bir sıra möhtəşəm layihələrin müəllifidir. Onun Azərbaycana yönəlik layihələrinin informasiya təminatçısı hər zaman "Yeni Müsavat" media qrupu olub. Qəzetimizin dostu Mehmet Mutlunu önəmli mükafat münasibətilə ürəkdən təbrik edirik. 

Musavat.com xatırladır ki, Mehmet Mutlu şəhid və qazi ailələri üçün Azərbaycanda bir neçə dəfə kampaniya təşkil edib. Bu kampaniyalardan sonuncusu 2021-ci ilin iyun ayının 1-dən start götürərək Azərbaycanın sərhəd rayonlarını əhatə edib. Şəhər və rayonlarımızı dolaşan "Hədiyyə Karvanı" aksiyası yüzlərlə uşağı sevindirmişdi. 

Mehmet Mutlunun rəhbərlik etdiyi Uşaq Oyunları Federasiyası Azərbaycanın Bakı, Gəncə, Qazax, Lənkəran, Qəbələ , Mingəçevir, Şəki şəhərlərində olub, uşaqlar üçün maraqlı tədbirlər təşkil edib, yarışmalar keçirib. İlk gündən etibarən aksiyaya informasiya dəstəyini "Yeni Müsavat" Media Qrupu həyata keçirib.

Qeyd edək ki, Mehmet Mutlu Uşaq Oyunları Federasiyası başqanı olmaqla yanaşı həm də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dayısı oğludur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR