İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın DİQQƏTİ aprel ayında - Sülh sazişi ilə bağlı MÜHÜM AÇIQLAMA

3578 26.03.2023 21:04 Son xəbər A A

“Ordumuzun keçirdiyi əməliyyat tamamilə mövcud şəraitə uyğun və çox səliqəli şəkildə aparıldı. Əslində tərəflər ordumuza borclu olmalıdırlar ki, qan axıdılmadı və professionallıq bir daha göstərildi”.

Bu sözləri Musavat.com-a Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov deyib.

9ef17a1a-232e-3898-b2ad-9c6ffa0b6e39_850.jpg (49 KB)

Politoloqun sözlərinə görə, hər kəsə məlumdur ki, Azərbaycan son bir neçə həftədə dəfələrlə erməni yük avtomobillərinin Xankəndi istiqamətinə getməsinin yolverilməz olduğunu bildirib:

“Üstəlik, bir neçə gün idi ki, orada yol çəkilişinə də başlamışdılar. Belə olan təqdirdə sözü yumruğumuz ilə bildirdik. Bundan sonra da lazımi anlarda ordumuz öz sözünü deyəcək”.   

“Rusiyanın təhdid dolu bəyanatları gedişatı dəyişə bilərmi?” sualına politoloq belə cavab verib:

“Bağlı qapılar arxasında baş verənlərlə açıq tipli publik bəyanatlar bəzən fərqli ola bilər. Hər halda reallıq ondan ibarətdir ki, ordumuz geriyə çəkilməyəcək. Ötən il də hansısa bəyanatlar səsləndirilirdi. Ancaq nə baş verdi? Azərbaycan və Rusiya aralarında olan məsələlərin həllini adətən bağlı qapılar arxasında həll edirlər.

Yeri gəlmişkən, 2 gün əvvəl Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlı qərarını açıqladı. Rusiya ilə Ermənistanın münasibətlərində soyuq küləklərin əsməsi, Rəcəb Tayyib Ərdoğanın Türkiyədə hakimiyyətdə olması Bakı və Moskva arasında mövcud olan müəyyən çağırışların səliqəli şəkildə yoluna qoyulması ilə nəticələnir. Lakin vaxt daralır. Türkiyədə seçkilər, Ukraynada müharibənin tamamlanması vəziyyəti dəyişəcək. Hələlik lehimizə olan zamandan maksimum istifadə etməliyik”.

bayraq.PNG (1.01 MB)

Zaur Məmmədov Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətindən də danışıb:

“Bəzən qeyd edirlər ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi niyə passivdir və hadisələrlə bağlı konkret mövqe göstərmir. Bu, kənardan təəssüratdır. Monitorinq Mərkəzinin yaradılmasının fəlsəfəsi ondan ibarət idi ki, ilk dəfə türk hərbçiləri rəsmi şəkildə Qarabağda sülh quruculuğu ilə məşğul olmağa başladılar. Üstəlik, hazırda Türkiyə və Rusiya arasında siyasi əlaqələr sabit və istidir. Bu reallıqlar nəzərə alınır”.

Politoloq hesab edir ki, qarşıdakı ay olduqca vacibdir:

“Bakı ABŞ-dakı görüşün nəticəsini gözləyəcək. Blinken nikbin danışıb. Görək Ermənistan nə dərəcədə verdiyi sözə əməl edəcək. Masa üzərində sülh sazişi var. Əgər Ermənistan hakimiyyətində suverenlik varsa, sənədə imza atsınlar. Sənəddə Azərbaycan və Ermənistan ərazi bütövlüyü, suverenliyi ifadələri yer alıb. Lakin əgər ABŞ-da görüş nəticəsiz keçəcəksə, yeni əməliyyatlar reallaşacaq.

Tələblərimizi də unutmayaq. Erməni hərbi birləşmələri tərk-silah edilməlidir və Laçın rayonu ilə Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi olmalıdır. Bu, Azərbaycanın leqal tələbidir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR