“Azərbaycan və İordaniya bir çox sahədə əməkdaşlıq edəcək”.
Musavat.com xəbər verir ki, bu fikirləri İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi Bakıda keçirilən brifinqdə bildirib.
“O ki qaldı İordaniyanın Qarabağ və Şərqi Zəngəzura investisiya etməsi məsələsinə, biz hər bir imkanı dəyərləndirməyə hazırıq”, - deyə o qeyd edib.
Nigar Həsənli
Musavat.com






