İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan “Qalatasaray" və "Fənərbaxça"ya çağırış: BAKIYA UÇUN! - FOTO, VİDEO

4818 29.12.2023 23:09 İdman A A

Xəbər verdiyimiz kimi, “Qalatasaray" və "Fənərbaxça" arasında keçirilməsi planlaşdırılan Türkiyə Super Kuboku uğrunda qarşılaşma təxirə salınıb.

Səudiyyə Ərəbistanının paytaxtına təyin olunan "derbi" artıq bu ölkədə oynanılmayacaq.

Buna səbəb Ər-Riyaddakı qarşılaşma öncəsi Türkiyə himninin səslənməsinə və komandaların Mustafa Kamal Atatürkün "Yurtta Sulh, Cihanda Sulh" sitatının yer aldığı pankartla meydana çıxmasına qoyulan qadağa olub.  

Musavat.com xəbər verir ki, azərbaycanlı “Qalatasaray" və "Fənərbaxça" tərəfdarları bu klublara çağırış ünvanlayıb. Belə ki, hər kəs pankart paylaşaraq futbolçuları Ər-Riyaddan birbaşa Bakıya uçmağa səsləyib. 

"Ər-Riyaddan birbaşa Bakıya uçun" yazılan pankartlar hazırda sosial şəbəkələrdə kütləvi şəkildə paylaşılır. 

 

Musavat.com 

3c7b3a08-46f4-481d-874a-11a5b33fe083.jpg (113 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR