İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycandan idxal olunan yumurta tələbatımızı ödəmir" - Rusiya Quşçular İttifaqı

1021 21.12.2023 18:42 Region A A

"Azərbaycandan gətirilən ilk partiyada 612 min ədəd yumurta əldə etmişik ki, bu da Rusiya bazarının miqyasında çox aşağıdır".

Musavat.com xəbər verir ki, bunu Rusiya Quşçular İttifaqının baş direktoru, iqtisad elmləri doktoru Qalina Bobıleva mediaya açıqlamasında bildirib. 

O deyib ki, yumurtanın idxalı Rusiya bazarında bu məhsulun bahalaşması problemini həll etməyəcək:

"Gələcəkdə qiymət artımının qarşısını almaq üçün tənzimləmə lazımdır. Quşçuluq və ticarət arasında əlaqələr qurulmalıdır".

Rosstatın məlumatına görə, toyuq yumurtasının qiyməti ilin əvvəlindən 46% artıb və bahalaşmaqda davam edir. Sosial əhəmiyyətli məhsulun maya dəyərinin artmasının qarşısını almaq üçün hökumət dost ölkələrdən yumurta idxalına icazə vermək qərarına gəlib, dekabrın 19-da Azərbaycandan 36 ton (612 min ədəd) ilk partiya gətirilib. Türkiyə və İrandan da tədarüklər gözlənilir.

Rusiyada yumurta qıtlığı yoxdur, yerli quşçuluq təsərrüfatları istənilən tələbatı ödəməyə hazırdır", - deyə Bobyleva bildirib.

“Ona görə də toyuq yumurtasının xaricdən gətirilməsi ən optimal həll yolu kimi görünmür. İstehsal həcmlərimiz sabitdir, bu il bu rəqəm ən azı 2022-ci ildən az olmayacaq və xaricdən almağın mənası yoxdur”, - deyə mütəxəssis əlavə edib.

O qeyd edib ki,  idxalın qiymətlərin aşağı düşməsinə kömək edəcəyi ehtimalı yoxdur:

“Logistikanı nəzərə alsaq, xarici məhsulların maya dəyəri ucuz olmayacaq. Bundan əlavə, Azərbaycandan gətirilən ilk partiyada 612 min ədəd yumurta əldə etmişik ki, bu da Rusiya bazarının miqyasında olduqca aşağı göstərisicidir. Təbii ki, bu, yerli istehsalçıya zərər verməyəcək, sadəcə olaraq, istehlakçının diqqətindən yayınmadan “həll edəcək” və qiymətlərə heç bir təsir göstərməyəcək”, - deyə mütəxəssis vurğulayıb.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR