İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda yaşayış binasında YANĞIN - xəsarət alanlar var - FOTO, VİDEO

1048 30.12.2023 23:06 Hadisə A A

Gəncədə yataqxana binasında baş verən yanğın söndürülüb.

Musavat.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qurumun “112” qaynar telefon xəttinə Gəncə şəhərinin Atatürk prospektində yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində ilkin məlumata əsasən eyvanda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən mənzillərdən 16 nəfər sakin təxliyə olunub.

22:49***

Gəncədə yataqxana binasında yanğın baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində yerləşən yataqxana binasında qeydə alınıb.

Sözügedən ünvanda yerləşən yataqxana binasında anidən yanğın olub. Hadisə yerinə FHN-in yanğınsöndürmə avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Binadan 16 nəfər təxliyə edilib.

Yanğın zamanı xəsarət alanların olduğu bildirilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR