İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda vəzifəli şəxsin övladının məclisi qan gölünə çevrildi, ölən və yaralılar var – VİDEO

4933 14.12.2023 03:46 Kriminal A A

İlk yayın vaxtı 13.12.2023 23:06

Sumqayıt şəhərində yerləşən şadlıq sarayının birində kütləvi davada ölən və yaralıların olduğu bildirilib.

Hadisə şəhər ərazisindəki şadlıq saraylarından birindəki toy məclisində baş verib.

Məlumata görə, Sumqayıtda toyda tərəflər arasında düşən dava Saray qəsəbəsi parkında davam edib. İçkili tərəflər arasında gərginlik bir neçə nəfərin bıçaqlanması ilə nəticələnib. Hadisə nəticəsində bıçaqlanan şəxslərdən biri ölüb, bir neçə nəfər isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qan gölünə çevrilən toyun vəzifəli şəxslərdən birinin övladının məclisi olduğu da deyilib.

Hazırda faktla bağlı araşdırma aparılır.//publika.az

Ətraflı videosujetdə:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR