İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda traktor minaya düşdü: Xəsarət alan var

642 07.12.2023 11:15 Hadisə A A

Dekabrın 7-də saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində təsəfərrüfat sahəsində əkin işləri aparan traktorun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan Musavat.com-a bildirilib ki, traktorun sürücüsü 1994-cü il təvəllüdlü Həsənli Zamin xəsarət alıb.

O, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyyə edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR