İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda tanınmış nəslin nümayəndəsi olan həkim vəfat etdi - FOTO

1872 09.08.2023 13:10 Son xəbər A A

Azərbaycanda həkim vəfat edib.

Ölkə.Az-ın məlumatına görə, Qarabağ müharibəsi veteranı, həkim psixonevroloq Mahmud Rafiq oğlu Vəkilov dünyasını dəyişib.

Məlumata görə, onun ölümünə səbəb ürəyində yaranmış problemlə əlaqədar olub.

Qeyd edək ki, M.Vəkilov 1966-cı ildə Bakı şəhərində ziyali ailəsində anadan olub.
1983-1989-cu illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. O daha sonra 2001-2011-ci illərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsil alıb.

M.Vəkilov təxirə salınmaz reaktiv vəziyyətlər, begetativ sinir sistemi xəstəlikləri, sidik və nəcis ifrazının pozulmaları, mərkəzi sinir sisteminin iltihabı və s. xəstəliklərin müalicəsi ilə məşğul olub.
O, 1989-1992 “Semaşka” adına Kliniki Xəstəxananın Nevrologiya şöbəsi, 1991-1992-ci illərdə Sumqayıt şəhəri 2 saylı poliklinikada, 1992-1997-ci illərdə Müdafiyə Nazirliyinin nəzdində hərbi hissədə və s. tibb müəssisələrində fəaliyyət göstərib.

M.Vəkilov Vəkilovlar nəslinin nümayəndəsidir. Onun atası Rafiq Vəkilov filologiya elmləri namizədi, dosent olub, anası isə Dövlət Pedoqoji Universitetdə müəllim işləyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR