İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda taksidə qəribə hadisə: Sürücü yuxuya getdi, maşını müştəri idarə etdi - VİDEO

1315 07.05.2023 08:45 Hadisə A A

Azərbaycanda taksi xidmətləri göstərən şirkətlərdən birindən taksi sifarişi verən müştərinin başına qəribə hadisə gəlib.

Belə ki, müştərinin ünvanına gələn taksi sürücüsü yorğun olduğu üçün sükanı müştəriyə təhvil verib. Nəticədə müştəri taksini özü sürməli olub. Sürücü isə yan oturacaqda yuxuya gedib.

Qəribə hadisəni əks etdirən video “Instagram” sosial şəbəkəsində paylaşılıb.

Videoda danışan şəxs sürücünün yuxuladığını əsas gətirərək maşını onun sürməsini istədiyini bildirib.

“Bu nə olan şeydir? Özüm özümü ünvana aparıram”, - deyə müştəri qarşılaşdığı vəziyyəti gülüşlə qarşılayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR