İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda Qazilər Günü elan edilə bilər

1545 13.07.2022 13:16 Yazarlar A A
 
Nə etmək olar?
 
* Azərbaycanda Qazilər Günü elan edilə bilər.
 
Məsələn, 1 dekabr (10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatına görə, üç rayondan sonuncusunun (Laçın) azad edildiyi gün),
 
4 aprel (2016-cı il Aprel döyüşlərinin son həlledici günü),
 
17 iyul (2020-ci il Tovuz döyüşlərinin son günü) Qazilər Günü elan oluna bilər. Yaxud 27 sentyabr Şəhidləri Anma Gününün adı Şəhidləri Anma və Qazilər Günü şəklində dəyişdirilə bilər. Həmin gün qazilərlə bağlı yerli və ümumrespublika səviyyəli (hesabat xarakterli) tədbirlər düzənlənə, müxtəlif təltiflər edilə, uyğun sahənin problemləri birbaşa müzakirələrlə aydınlığa qovuşdurula bilər;
 
* Müvafiq ad və təyinatla mərkəzi icra hakimiyyəti orqanının yaradılması mümkündür. Adı da məsələn, Şəhid ailələri, Həssas qruplar və Qazilərlə iş üzrə Dövlət Komitəsi (ŞAHİD) ola bilər. Müstəqil qurum uyğun bilinməzsə, ƏƏSMN və ya ASAN nəzdində ("YAŞAT" Fondu daxil edilməklə) muxtar qurum yaratmaq olar;
 
*Sosial Tədqiqatlar Mərkəzi tərəfindən qazilər arasında ətraflı sorğu keçirməklə, problemlərin ümumi cəhətləri, problemlərin həllinin ən qısa yol xəritəsi işlənib, yetkili dövlət orqanına təqdim edilərsə, bu özü irəliyə doğru önəmli addım olardı;
 
* Qazilərə, şəhid ailələrinə sayğısız davranışda bulunan, süni əngəllər yaradan, kreditlə danışan ("çənəsinə kredit istəyən") məmurlar rəsmi tənbeh, töhmət görməli, işdən çıxarılma və digər cəzalarla üzləşməlidir.
 
** Əslində, bu sadalanan təklifləri gözləmədən belə gerçək dəyişikliklər mümkündür; bununçün ən əsas şərt: YANAR ÜRƏKdir!
 
***Mənim yazdıqlarımın bir bölümü sosial şəbəkələrdə ürək yanğısı ilə yazılanlarda da (bu və ya digər şəkildə) ifadə olunub.
 
**** Mən bilirəm ki, təqvimdə yeni günün elanı, yeni dövlət qurumunun yaradılması cənab Prezidentin müstəsna səlahiyyətinə aiddir və bu səlahiyyətə sayğımızda, dövlətçilik tərbiyəmizdə qüsur ola bilməz. Əslində, hər bir məmur dövlətin ali rəhbərliyinin qazilərə bəslədiyi münasibəti özünə ÖRNƏK alsaydı, günümüzdəki problemlərin çoxu yaranmazdı...
 
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR