İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda professor vəfat edib

2032 06.01.2026 13:16 Son xəbər A A

Neft sahəsində tanınmış alim, texnika elmləri doktoru, professor və Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Bağır Süleymanov vəfat edib.

Görkəmli alim 66 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, Bağır Süleymanov 2014-cü ildə AMEA-nın Yer elmləri bölməsi üzrə "Neft və qaz yataqlarının işlənməsi" ixtisası sahəsində akademiyanın müxbir üzvü seçilmişdi. O, 2019-cu ildən etibarən isə Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü kimi fəaliyyət göstərirdi.

Elmi fəaliyyəti dövründə B.Süleymanov 321 elmi işin müəllifi olub. Onun elmi irsinə 118 ixtira, iki monoqrafiya və dörd dərslik daxildir. Alimin tədqiqatları neft və qaz yataqlarının işlənməsi sahəsində elmin inkişafına mühüm töhfələr verib./Baku.ws/

Azərbaycanda professor vəfat edib

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR