İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda oğurluq edən qadın altı ildən sonra həbs ediləcək - SƏBƏB

1336 05.04.2024 03:34 Hadisə A A

Azərbaycanda öz şəxsi avtomobili ilə oğurluq edən qadın altı ildən sonra həbs ediləcək.

Bu barədə Şəmkir Rayon Məhkəməsində qərar çıxarılıb.

Belə ki, 1980-ci il tarixdə Yevlax şəhərində doğulmuş Nəriman Əsgərov (ad-soyad şərti) və həyat yoldaşı, 1985-ci il tarixdə Yevlax şəhərində dünyaya gəlmiş Ofelya Əsgərova (ad-soyad şərti) Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən mağazadan 2 365 manat dəyərində elektirik avadanlıqları oğurlayıblar.

27 aprel 2023-cü il tarixdə saat 10-11 radələrində Nəriman arvadı Ofelya ilə idarə etdiyi “Hyundai i30” markalı, 99-SC-729 dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonuna oğurluğa gediblər. Nəriman sözügedən mağazada satıcının başını qatıb, Ofelya oğurladığı elektirik avadanlıqlarını paltarının altına qoyaraq avtomobildə gizlədib.

Onların müxtəlif yerlərdən də oğurluq etmələri istisna edilməyib. Nəriman oğurluqdan əldə etdiyi vəsaitlə Ofelyaya bazar dəyəri 20 min manatdan çox olan “Hyundai i30” markalı avtomobil alıb.

Məhkəmənin hökmü ilə Nəriman Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, iki il iki ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Həyat yoldaşına isə üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq olunaraq, Ofelyanın cəzasının çəkilməsi 11 aprel 2016-cı il təvəllüdlü Aynur adlı qızı 14 yaşına çatanadək, yəni 11 aprel 2030-cu il tarixə kimi təxirə salınıb.//Qaynarinfo.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR