İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA

577 11.07.2024 10:39 Ölkə A A

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

İyulun 11-i saat 10:00-a olan məlumata görə, Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb.

Bildirilib ki, düşən yağıntının miqdarı Gədəbəydə 3 mm, Ordubad, Balakən, Culfa, Beyləqan, Füzuli, Naxçıvan, Gəncə, Ceyrançöl, Qax, Daşkəsən, Sabirabadda 2 mm-dək olub.

Şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 17 m/s, Naxçıvanda isə 16 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da 37, Aran rayonlarında 39, dağlıq rayonlarda 30 dərəcəyədək isti olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR