İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda məktəbdə biabırçı hadisə - FOTOLAR

2280 09.06.2023 15:26 Hadisə A A

Son günlərdə sosial şəbəkələrdə rayonlardan birində yerləşən orta məktəbdə nizam-intizam və davranış qaydalarını pozan şagirdlərə qırmızı kart verilməsi, həmin şagirdlərin fotolarının təhsil müəssisəsinin sosial media hesabında paylaşılması ciddi müzakirələrə səbəb olub.

Musavat.com lent.az-a istinadən xəbər verir ki,  Ağstafa rayon Dağ Kəsəmən kənd 2 saylı orta məktəbində yaxşı oxuyan, davranış qaydaları normal olan şagirdlərə yaşıl kart, yaxşı oxumayan, nizam-intizamı pozan şagirdlərə isə qırmızı kart verilib. Qırmızı kart alan şagirdlərin fotoları məktəbin “Facebook” səhifəsində paylaşılıb.

Məktəbdə yaxşı oxumayan, nizam-intizamı pozan şagirdlərə bu formada cəzanın tətbiq edilməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Məsələni daha dəqiq aydınlaşdırmaq üçün Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsinə müraciət etdik.

Qurumun ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Nəcibə Vəliyeva bildirib ki, məsələ nəzarətə götürülüb.

Onun sözlərinə görə, müvafiq şəxslərin izahatı alınıb:

“Şəkillər məktəbin sosial media hesabından çıxarılıb”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR