İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda kişi sərxoş halda evi səhv saldı - Sevgilisinin evi əvəzinə...

1850 16.10.2023 19:20 Kriminal A A

Qəbələ rayonunda həmyerlisinin mənzil toxunulmazlığını pozan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonda yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, Qəbələ sakini, 1991-ci il təvəllüdlü S.Səlimov (şərti) məhkəmədəki ifadəsində bildirib ki, gecə saat 04 radələrində sərxoş halda keçmiş sevgilisinin evinə getmək istəyərkən səhvən başqa qadına məxsus mənzilə daxil olub. O, hasardan adlayaraq evin həyətinə, sonra isə pəncərənin torunu açaraq evə daxil olub.

S.Səlimov həmin mənzilin yataq otağında ev sahibinin yuxuya getmiş oğlu Muradın (şərti) oyanmasına səbəb olub. Anası ilə birgə yaşayan 14 yaşlı oğlan evdə yad adamın olduğunu görərək qışqırmağa başlayıb. Yanlış ünvana gəldiyini görən 32 yaşlı S.Səlimov ayaqqabısını belə götürmədən oradan qaçıb.

Hadisədən sonra ev sahibi olan qadın polisə müraciət edib. S.Səlimov barəsində Cinayət Məcəlləsinin 157-ci (Mənzil toxunulmazlığını pozma) maddəsi ilə iş açılıb. İşin materialları Qəbələ Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə ana S.Səlimovun onun övladının ağır psixoloji travma almasına səbəb olduğunu deyib və ona ağır cəza verilməsini xahiş edib.

Qəbələ Rayon Məhkəməsinin hökmü ilə S.Səlimova aylıq qazancının 20 faizi tutulmaqla 10 ay islah işləri cəzası verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR