İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda keçmiş vəzifəli şəxs qəza törətdi: 1 nəfər öldü

1149 22.07.2023 20:15 Hadisə A A

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bu gün baş verən qəza zamanı avtomobil yolu keçən ata və 5 yaşlı oğlunu vurub.

Qəza nəticəsində Babək rayon Cəhri kənd sakini Fərzəliyev Mərhəmət Məhəmməd oğlu ölüb. Oğlu 5 yaşlı Fərzəliyev Məhəmməd Mərhəmət oğlu isə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Məlumata görə, qəzanı törədən bir vaxtlar Naxçıvan şəhər Tikinti, Təmir və Abadlaşdırma İdarəsinin müdiri Xaləddin Rüstəmovdur.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR