İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda internetin sürəti 50 faiz artıb

926 03.03.2023 18:21 Texnologiya A A

Ölkəmizdə internet infrastrukturunun yenilənməsinə qoyulan sərmayələr nəticəsində sabit genişzolaqlı internetin orta sürəti ötən illə müqayisədə 50 faiz artıb.

Artım nəticəsində internetin orta sürəti bu ilin yanvar ayında 26,3 Mbps təşkil edib. Belə ki, ötən ilin eyni dövründə sürət 17,5 Mbps olub. Hesablamalar “Ookla” şirkətinin dünyada geniş istifadə edilən “Speedtest Global İndex” metodologiyasına əsasən aparılıb.

Qeyd edək ki, 2024-cü ilin sonuna qədər ölkəmizdə bütün yaşayış məntəqələrində yüksəksürətli internetə çıxışın təmin edilməsi istiqamətində işlər davam etdirilir. (Oxu.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR