İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda iki vəkilin fəaliyyəti dayandırıldı

876 06.05.2023 18:00 Hadisə A A

Vəkillər Kollegiyası iki vəkilin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.

Musavat.com xəbər verir ki, kollegiyanın Rəyasət Heyətinin ötən iclasında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Qanunvericiliyin tələblərini pozaraq dövlət hesabına hüquqi yardım zamanı formal vəkilliklə məşğul olduğuna və keyfiyyətsiz hüquqi yardım göstərdiyinə görə 1 vəkilin fəaliyyəti dayandırılıb. Onun Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilməsi barədə qərar verilib.

Bundan başqa, daha bir vəkil barəsində keyfiyyətsiz hüquqi yardım göstərdiyinə görə fəaliyyətinin 3 aylıq dayandırılması barədə qərər qəbul olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR