İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda güclü yeraltı təkan gözlənilir? - AÇIQLAMA + FOTO

1000 11.08.2023 13:15 Son xəbər A A

“Türkiyənin Malatya vilayətində baş verən yeraltı təkanların Azərbaycana heç bir təsiri gözlənilmir. İnsanlar arasında narahatlıq yaratmağa əsas yoxdur”.

Musavat.com xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, zəlzələnin Azərbaycan üçün dağıdıcı fəsadları gözlənilmir:

“Respublikada güclü, dağıdıcı zəlzələ olmayacaq. Haradasa bunun gözləntisi var, deyə bilmərik. Xırda təkanlar olur, olacaq da. Arabir bu təkanlar əhali tərəfindən hiss olunur. Lakin heç bir halda bu, ağır fəsadlara və ya bədbəxt hadisələrə gətirib çıxara bilməz. Əhali arasında bu mövzuda hər hansı ajiotaj yaradacaq məlumatlar bölüşülməsin”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR