İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda Fransa məhsulları boykot edilərsə... - İqtisadçıdan ŞƏRH

1005 15.11.2023 15:48 İqtisadiyyat A A

“Fransa kimi dövlətin iyrənc hərəkətlərinə qarşı mübarizə siyasi arenada effektiv ola bilər, iqtisadi arenada deyil”.

Azərbaycanda Fransa məhsullarının boykot edilməsi mümkündürmü və bu Fransaya necə təsir edə bilər?

ELDENİZ.jpeg (77 KB)

Musavat.com xəbər verir ki, iqtisadçı-ekspert Eldəniz Əmirov bu suala maraqlı cavab verib:

“Ötən il Fransa 603,4 milyard dollarlıq məhsul satıb.

Bunun cəmi 222 milyon dollarını Azərbaycan alıb. Bu isə, 0.03% deməkdir. Yəni Fransanın mal satıb qazandığı hər 100 dolların cəmi 3 sentini (100 manatdan 3 qəpiyi) ötən il biz vermişik. Lap tutaq ki,  boykot qərarı verildi, yenə də biz öz boykotumuzla bu 3 qəpiyin maksimum 1 qəpiyini azalda biləcəyik. Yəni maksimum cibində 100 manat olan adama 1 qəpik zərər dəyər. Bu da heç zərər deyil, mən almayacağam, başqasına satacaq.

Maraqlısı isə odur ki, siyasi anlamda münasibətlər gərgin görünsə də iqtisadi baxımdan vəziyyət başqa şey deyir. Bu ilin 6 ayı ərzində Fransa ilə ticarət dövriyyəmiz 3,6 dəfə, yəni 260 faiz artıb”.

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR