İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda dəhşətli qəza: Ölənlər və yaralılar var - FOTO (YENİLƏNİB)

3244 09.09.2022 14:42 Hadisə A A

Cəlilabad rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı 2 nəfərə çatıb.

Qəzada yaralanan 1952-ci il təvəllüdlü Talıbov Məcid Abbasqulu oğlu Masallıda özəl xəstəxanaya təxliyə edilən zaman vəfat edib.

Digər 3 yaralı isə Masallı rayonunda yerləşən özəl xəstəxanaya köçürülüb.

xxx

Cəlilabad rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.

Musavat.com-un Report-a istinadən məlumatına görə, hadisə Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedes" minik avtomobili "Kamaz" markalı yük avtomobili aparan evakuatora çırpılıb.

Qəza nəticəsində minik avtomobilində olan bir ailənin üzvləri, Masallı rayon sakinləri - 1952-ci il təvəllüdlü Talıbov Məcid Abbasqulu oğlu, 1992-ci il təvəllüdlü Talıbova Vüsalə, 2010-cu il təvəllüdlü Talıbov Məcid Ramiz oğlu və 2008-ci il təvəllüdlü Talıbov Yusif Ramiz oğlu xəsarət alıb, 1954-cü il təvəllüdlü Talıbova Zümrüd Əlibəy qızı isə vəfat edib.

Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR