İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda DƏHŞƏTLİ qətl

1153 03.07.2023 20:33 Kriminal A A

Abşeronda kəsici alətlə xəsarətlər yetirilən 4 nəfərdən biri ölüb.

Bu barədə Musavat.com-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

"Xəsarət alanlardan biri, 1966-cı il təvəllüdlü Zümrüd Həşimova tibbi müdaxilələrə baxmayaraq, xəstəxanada ölüb", - məlumatda deyilir.

***

Abşeronda 4 nəfərə kəsici alətlə xəsarətlər yetirilib.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 3-ü saat 10 radələrində Abşeron rayonu Digah kəndində 4 nəfərə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Belə ki, 1955-ci il təvəllüdlü H.Həşimov, onun həyat yoldaşı və övladı və digər kənd sakini aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Həşimov Sərxan Mirzəağa oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Xəsarət alan şəxslərdən 3 nəfər - S.Həşimovun əmisi və onun ailə üzvləridir.

Araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR