İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Dəryazla siyasətçini öldürdü, 18 il cəza aldı və...

1340 09.07.2024 12:10 Kriminal A A

AXCP-nin Bərdə rayon şöbəsinin sabiq sədri sədri Çapay Sadıqlını qətlə yetirən Xazər Məmmədov cəzasının yüngülləşdirilməsini istəyir.

Musavat.com xəbər verir ki, onun Gəncə Apellyasiya Məhkəməsinə şikayətinə hakim Əlizamin Abdullayevin sədrliyi ilə baxılır.

Prosesdə Xazər Məmmədovun vəkili cinayət işinin materiallarında ilkin instansiyada keçirilən məhkəmə iclaslarının fasiləsiz audio yazısını özündə əks etdirən materialların olmadığını bildirib. Vəkil vəsatət verərək Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə hazırlıq və baxış iclaslarının elektron daşıyıcılarının əldə edilməsini istəyib. O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü qanunsuz hesab edərək ləğv edilməsini, cinayət işi üzrə apellyasiya şikayətinə baxılmasına xitam verilməsini və cinayət işinin materiallarının birinci instansiya məhkəməsinin hazırlıq iclası mərhələsinə qaytarılması haqqında qərar qəbul olunmasını xahiş edib. Qısa müşavirədən sonra məhkəmə vəsatəti qismən təmin edib. Cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb. Birinci instansiya məhkəməsinə qərarın təsviri hissəsində göstərilən yol verilmiş pozuntunun aradan qaldırılması üçün 10 gün müddət müəyyən olunub.

Qeyd edək ki, qanlı olay 2022-ci il iyununda Bərdə rayonu, Samux kəndində qeydə alınıb. 1968-ci il təvəllüdlü Xazər Məmmədov həmyerlisi, 1954-cü il təvəllüdlü Çapay Sadıqlı ilə mübahisə edib. Torpaq mübahisəsi bir ilə yaxın davam edib. Xazər Məmmədov bələdiyyə tərəfindən Çapay Sadıqlıya ayrılan torpağın ona məxsus olduğunu iddia edib. Qətl baş verən gün tərəflər yenidən mübahisə ediblər. Əraziyə taxıl biçdirmək üçün gəlmiş Çapay Sadıqlı Xazər Məmmədov tərəfindən dəryazla qətlə yetirilib.

Qanlı olaydan sonra Xazər Məmmədov saxlanılıb. Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR