İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda dəhşət: "Qadın körpə uşağını tanımadığı adama verib..." - FOTO

734 19.03.2022 13:38 Hadisə A A


Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə yeni paylaşım edib.

Musavat.com xəbər verir ki, o instaqram səhifəsində anası tərəfindən atılan uşaq foto paylaşıb. Ağazadə körpənin anasının onu tanımadığı bir kişiyə verdiyini, daha sonra isə axtramadığını bildirib:

"Bir körpə ilə bağlı araşdırma aparıram. Anasının nömrəsi "Getcontac"da 60 dan çox fərqli adla qeyd olunub. Öz adından başqa "Mama roza", "Cındır" "Otel çiçəyi", "30 manat", "Divar", "İşverən", "Ölmüş", "İtkin", "Patışka", "Spiçka" adları ilə qeyd olunub.
Üzürlü sayın "adlara" görə, hələ adilərini yazdım... Bu "adlar" bir insanı görmədən onun sosial portretini yaratdı...

Deyəcəksiniz ki, "Qərəzli də yaza bilərlər", razıyam, amma bir, iki, üç, 60...

Uşağını tanımadığı adama verib "Bax, pulunu da ödəyəcəm" deyib aradan çıxırsa, bir az "Portretə" əl gəzdirəsi olacam.

O şərəfsizdir. 1 yaşlı körpəni qoyub gedirsə və hələ mesaj yazıb hədələyirsə, "Polisə niyə demisən, gör səni nə edəcəm" demək ki , şərəfsizdir!

P.S. Ad siyahısında bir otelin adı da var, ola bilsin ki, əxlaqsızlıq yuvasıdır. Bu adı isə ancaq polisə deyəcəm".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR