İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda DƏHŞƏT: Ana övladını vəhşicəsinə döydü - FOTOLAR

1018 18.09.2022 19:18 Hadisə A A

Azərbaycanda ana uşağına zorakılıq tətbiq edib.

Musavat.com xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, uşağın anası 13 yaşında qoşulub qaçıb bir oğlana, 16 yaşında evlənib və 1 uşağı dünyaya gəlib:

“Övladı olandan sonra uşağı nənəyə baxması üçün qoyub. Nənə uşağı böyüdüb boya-başa çatdırsa da, qızı hər dəfə uşağı götürərək zorakılıq tətbiq edib, geri göndərib. Nənə bildirir ki, uşağı sonuncu dəfə ondan götürərək aparıblar. Uşaq yolda avtomobildən düşərək qaçmaq istəyib, onu şəkildə görünən işgəncələrə məruz qoyublar. Nənə Səbail Rayon İcra Hakimiyyətinin qəyyumluq şöbəsinə müraciət etsə də, şikayətinin cavabsız qaldığını bildirir. Hazırda uşaq nənənin yanındadır və qorxur”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR