İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda daha bir telekanal Çempionlar Liqası oyunlarını yayımlayacaq!

3842 30.08.2023 17:54 İdman A A

2023/2024 mövsümündə Çempionlar, Avropa və Konfrans Liqalarının oyunları İctimai Televiziyada da yayımlanacaq.

Musavat.com xəbər verir ki, bu barədə telekanalın sosial şəbəkə hesabında paylaşım edilib. Yayılan açıqlamada bildirilir:

“Saran Media” və ölkə ərazisində turnirin əsas yayımçısı CBC Sport telekanalı ilə əldə etdiyimiz razılaşma əsasında qeyd olunan turnirlərdə yarımfinal mərhələsinə kimi paralel keçirilən görüşlər İctimai Televiziyanın canlı efirində futbol həvəskarlarına təqdim olunacaq. Anlaşmaya əsasən hər oyun həftəsində 3 qarşılaşma telekanalımızda canlı yayımlanacaq".

Qeyd edək ki, bu gün Çempionlar Liqasının cavab pley-off qarşılaşmaları çərçivəsində keçiriləcək “Kopenhagen” (Danimarka) - “Rakov” (Polşa) oyununu da saat 23:00-dan başlayaraq İctimai Televiziya vasitəsilə izləyə bilərsiz.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR