İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda bütün siqaretlər bahalaşdı

5009 03.01.2024 09:50 Gündəm A A

Bu gündən Azərbaycanda siqaretlərin qiyməti artıb.

“Qaynarinfo”nun məlumatına görə, bütün növ siqaretlərin qiymətində 0,20-0,50 manat artım qeydə alınıb.

“Sobranie” siqaretinin qiyməti 30-50 qəpik, digər növ siqaretlər 0,20 qəpik qiyməti artırılıb.

Qeyd edək ki, bu ilin yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişiklik qüvvəyə minib.

Qanuna əsasən, yanvarın 1-dən aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR