İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda böyük futbol səhnəsinə qayıdan klubun ən bahalı transferi

1947 09.08.2023 11:43 İdman A A

Səkkiz illik aradan sonra Premyer Liqaya qayıdan “Araz-Naxçıvan”ın ən çox ödəmə etdiyi futbolçunun kimliyi məlum olub.

Bu, İsmail Azzaouidir.

Mərakeş əsilli Belçika vətəndaşı Muxtar Respublika təmsilçisinin ın bahalı oyunçusudur. Region klubu yarımmüdafiəçiyə illik 200 min dollar əməkhaqqı verəcək.

25 yaşlı İsmail müxtəlif illərdə RSCA-nın U-18 (Belçika), “Tottenhem”in U-18 və U-21 (İngiltərə), “Volfsburq” (Almaniya), “Villem II” (Niderland) və “Herakles”də (Niderland) çıxış edib.

“Araz-Naxçıvan” yay fasiləsində 9 əcnəbi futbolçu ilə güclənib. İqor Ribeyro, Nuno Migel, Vanderson, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Məhəmməd Kadiri, İsmail Azzaui və Elvis Maşike kimi legionerləri heyətə qatıblar.

Həmçinin, Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev, Turan Manafov, Vadim Abdullayev, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev və Abdulla Rzayevlə də müqavilə bağlanıb.

SPORTİNFO.AZ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR