İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda bankdan 228 min manat oğurlayan əcnəbiyə hökm oxunub

554 03.08.2022 18:34 Hadisə A A

Azərbaycanda külli miqdarda oğurluqda təqsirləndirilən əcnəbi vətəndaş Abbas Moazzama hökm oxunub və o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com "Report"a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, A.Moazzam Azərbaycandakı bankların birindən 228 min 418 manat pulu oğurluq yolu ilə ələ keçirib.

Onun barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddəsi ilə ittiham elan edilib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR