İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda ağır qəza olub - Xəsarət alanlar var

865 01.01.2024 22:00 Hadisə A A

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Musavat.com "report"a istinadən bildirir ki, hadisə rayonun Cəlilabad-Yardımlı avtomobil yolunun Şatırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qəza zamanı "VAZ 2107" markalı minik avtomobili ilə "VAZ 21011" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində dörd nəfər müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR