İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda ağır qəza: 3 nəfər öldü, 8 nəfər yaralandı - YENİLƏNİB FOTO

1796 29.04.2023 16:00 Hadisə A A

Ağtafada yol qəzasında yaralanan şəxslərin adları məlum olub.

APA-nın yerli bürosu xəbər verir ki, Toyota və VAZ 2107 markalı avtomobilin toqquşması zamanı Xəlilov Orxan Məhəd (1999), Vəliyev Sənan Məhəmmədhüseyn (1994), Şərifova Aydan İlham (1994), Şərifov Raul Emin (2016), Şərifov Ramin Emin (2019), İsgəndərova Günay İlham (1984), İsgəndərova Şölə Vaqif (2008), İsgəndərov Emin Vaqif (2011) yaralanıb.

***

Ağstafa Rayon Polis Şöbəsinə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Musavat.com-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar nəticəsində Toyota və VAZ 2107 markalı avtomobilin toqquşması, Toyota markalı avtomobilin 6 sərnişinin yaralanması, VAZ 2107 markalı avtomobildə olan 5 nəfərdən 3-nün ölməsi məlum olub.

Yaralılar xəstəxanaya yerləşdirilib, faktla bağlı əlavə məlumat veriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR