İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 3 yeni komanda - FOTOLAR

4599 17.09.2023 22:33 İdman A A

Region Liqasının 2023/24-ci il mövsümünə aid qeydiyyatı başa çatıb.

Avqustda bununla bağlı elan verən AFFA sentyabrın 15-də «pəncərə»ni örtüb.

Federasiya növbəti yarışın minimum 30 komandanın iştirakıyla təşkilini planlaşdırır. Onlardan «Qarxun», «Ramana» və «Hacıqabul»un ilk dəfə bu çempionatda qüvvəsini sınayacağı dəqiqləşib.

Həmçinin liqanın ilk 2 mövsümünün çempionu olan «Uğur»un fəaliyyətini bərpa etməsini qeyd etməliyik. Sumqayıt təmsilçisi 3 illik aradan sonra futbol səhnəsinə dönüb.

Turnirin ötənilki iştirakçılarından «İsmayıllı», «Gənclik», «Şirvanovka» və «Dirçəliş» da yeni sezonda yarış meydanında yer alacaq. (Sportinfo.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR