İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 16 yaşlı qızın toyu oldu

1493 05.10.2022 13:34 Hadisə A A

Sabirabadda 16 yaşlı qızın toyu olub.

Musavat.com-un APA-ya istinadən məlumatına görə, Sabirabad rayonunun Qarağac kənd sakini, 2006-cı il təvəllüdlü Orucova Günəş Rauf qızına Şirvan şəhərindəki şadlıq saraylarından birində toy mərasimi keçirildiyi bildirilir. Onun Şirvan sakini, 1996-cı il Cəfərov Təbriz Abuzər oğlu ilə toyunun keçirildiyi iddia olunsa da, yeniyetmənin atası qızına nişan mərasiminin keçirildiyini bildirib.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub. Araşdırmalar zamanı qızın 16 yaşının olduğu məlum olub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Valideynləri isə övladlarının hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyini bildiriblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR