İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana qarşı "səfərbərlik" elan edən Avropa parlamentarilərinin iç üzü - ŞƏRH

985 18.10.2023 16:36 Siyasət A A

"Avropa Parlamenti daim anti-Azərbaycan fəaliyyəti ilə məşğul olub və bu fəaliyyət birbaşa ermənilərin Qərb havadarlarının sifarişi ilə həyata keçirilib. Təsadüfi deyil ki, 1988-1994-cü illərdə Ermənistan, Qarabağ və ətraf 7 rayondan 1 milyonadək insanın zorakı şəkildə evlərindən qovulması ilə bağlı hər hansı etiraz səsi ucaltmayan Avropa Parlamenti 19-20 sentyabr 2023-cü il tarixli antiterror tədbirləri və 100 minədək erməninin könüllü şəkildə Qarabağı tərk etməsi ilə bağlı 5 oktyabrda Azərbaycan əleyhinə sərt qətnamə qəbul etdi. Bu qətnamədə Avropa dövlətlərinin Azərbaycanla enerji əməkdaşlığını dayandırmasına, iqtisadi münasibətlərə təkrar baxılmasına, ölkəmizə qarşı sanksiyaların tətbiqinə dair çağırışlar yer alır".

Bu fikirləri Musavat.com-a beynəlxalq əlaqələr üzrə şərhçi Şəhla Cəlilzadə bildirib.

sehla.jpg (119 KB)

O qeyd edib ki, bu, nə ilk, nə də son belə sənəddir:

"2015-ci ildə də Avropa Parlamenti Azərbaycana, siyasi elitaya qarşı belə bir sanksiya tələbi ilə çıxış etmişdi, lakin o vaxt iddialar Azərbaycandakı korrupsiya ilə əsaslandırılırdı. Maraqlıdır ki, Azərbaycanı korrupsiyada ittiham edən Avropa parlamentarilərinin özləri korrupsiyanın ən dərin bataqlığındadırlar. Bu qurumun nümayəndələri daim müxtəlif rüşvət və korrupsiya qalmaqalları ilə gündəmdə olublar. Hətta Avropa Parlamentinin vitse-spikeri Eva Kaili ötən ilin sonunda Qətərdə keçirilən futbol üzrə dünya çempionatı ilə əlaqədar korrupsiya qalmaqalından sonra həbs edilib.

Qərb qurumlarında Azərbaycana qarşı fəaliyyət məsələsinə gəldikdə isə avtomatik olaraq qlobal erməni şəbəkəsinin arxa planda yer aldığı aydın olur.  Burada xüsusilə Rafael Qluksmanın adı vurğulana bilər. Onun adı "10 ildə 3 inqilab edən adam" (Ukraynada 2 və Gürcüstanda 1) kimi mediada tirajlanır. Avropa parlamentarisi olan Qluksmanın həyat yoldaşı erməni milyarder Boqosyanın qızıdır və Boqosyanlar dünya brilyant maqnatlarıdır, onların Avropa siyasətinin paytaxtı olan Brüsseldə dərin siyasi-iqtisadi əlaqələri mövcuddur. Bu əlaqələr daim Azərbaycana qarşı səfərbər olunur və nəticə göz qarşısındadır".

Ş.Cəlilzadə bildirib ki, təəssüfdoğurucu məqam bu "səfərbərlikdə" adı azərbaycanlı olan, lakin özünü Azərbaycan hakimiyyətinə müxalif elan edən, əslində isə elə Azərbaycanın özünə, xalqımıza, milli maraqlarımıza müxalif olan, mental düşüncə baxımından erməni olan şəxslərin də iştirak etməsidir:

"Qlobal erməni şəbəkəsinin beynəlxalq təşkilatlarda, dünya mediasının aparıcı kanallarında yerləşdirdiyi ermənilər, onların xidmətçiləri anti-Azərbaycan sentimentini gücləndirməklə məşğuldurlar. Azərbaycanın 45 günlük Zəfər salnaməsi bundan sonra ölkəmizdə yeni idarəçilik modelinin yaradılması ilə müşayiət olunacaq. Bunun ilkin anonsları artıq gəlməkdədir. Hərbi zəfər iqtisadiyyatda, sosial rifahda, o cümlədən informasiya və hüquqi məkanda da zəfərlərə dönüşməlidir. Bunun üçün strateji yol xəritəsi hazırlanmalı, qələbəmizin müdafiəsinin siyasi-ideoloji istehkamları qurulmalıdır. Dövlətimiz bu istiqamətdə dərin iş aparır".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR