İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana HƏMAS kimi basqın arzusu

4124 22.10.2023 09:45 Yazarlar A A

Ordularının məğlubiyyətinə tarixdə oxşar nümunələr axtaran ermənilər indi də özlərini fələstinlilərə bənzədirlər, Moskvanın Napoleona təslim edilməsini yada salırlar

Erməni toplumunun hansı psixoz vəziyyətdə olmasını göstərən ən tutarlı sübutları omların mediasında yazılanlardır. Bəlkə də bunun adı tibbi-psixologiyadı tam fərqlidir, dəlilikdir, divanəlikdir, şizofreniyadır. Şələ-şülələrini yığışdırıb Qarabağdan köçdükdən sonra yenidən Azərbaycan torpaqları haqda işğalçı xəyallar qurmaqları anlaşılandır, bu toplumun bizə düşmənçilikləri torpaqlarımızdan rədd olub getməsi ilə bitəcəyini gözləmək sadəlövhlük olardı. İndi erməni mediasında bu gün diqqətimi cəlb edən iki tezisi nəzərinizə çatdırıram, Bəlkə tibb müttəxəssisləri bunların xəstəliyinin dəqiq diaqnozunu o zaman təyin edə bilərlər.

fa15018b8bb448bcb880810d12647863.jpeg (195 KB)

Birinci sitat: “İki həftə əvvəl Qəzza zolağından 1200 fələstinli yaraqlının İsrail yaşayış məntəqələrinə hücumu mühüm bir hadisəni üzə çıxardı. Dünyanın ən güclü 18-ci ordusu belə bir çətin vəziyyətə düşdü. Erməni ordusunun əsgərlərinin ruhu fələstinli yaraqlılardan heç də az deyil”. Xəstə “məntiq” aydındır. Demək istəyirlər ki, erməni cəmiyyəti qətiyyən pessimist olmamalıdır, Azərbaycan nə qədər güclənsən də, günlərin birində erməni ordusu fələstinlilər kimi ölkəmizə sıza, “uça-üça gələ” bizə dərs verə bilərlər. Başqa izahı olan varmı?

İndi isə ikinci sitata diqqət edin:“Erməni ordusunun məğlubiyyətinə oxşar nümunələr tarixdən məlumdur. 1812-ci ildə Rusiya imperatoru I Aleksandr ordusunu xilas etmək üçün Moskvanı Napoleon Bonaparta təslim etdi, amma sonra fransız ordusunu darmadağın etdi.” Tarixdən məlumdur ki, Kutuzov Moskvanı yandırdıqdan sonra həqiqətən də döyüşsüz təhvil verib, lakin rus sərkərdə bunu strateji plan kimi düşünmüşdü. Napaleon yandırılmış şəhərdə qalmaq istəməyib, amma sonra elə ermənilər kimi Allah ağlını alıb və geri qayıdıb. Daha sonra baş verənlər məlumdur. Böyük fransız ordusundan yalnız bir bölük qalıb...

2241040.png (587 KB)

Erməni mediası bu “nümunə” ilə cəmiyyətə onu aşılamaq istəyir ki, Qarabağı tərk etsələr də, hələ heç nə itirilməyib, qayıdıb “Moskva”nı yenidən “geri ala bilərlər”. Düşməni gərək qiymətləndirsən, zəifə almayasan. Amma bu cür “ağllı” düşmənlər bəlkə də, bizə Allahın lütvüdür. Düşmən kimi qəddardırlar, amma ağıl-düşüncə yoxdur. Ya da nifrətləri sağlam düşünmək qabiliyyətini tamamilə məhv edib.

Qarabağda Azərbaycan suverenliyinin tam bərpa olunması erməni cəmiyyətini təkcə xəstə etməyib, həm də gözlənildiyi kimi, bir neçə yerə parçalayıb. Qarabağdan köç etmiş ermənilər Ermənistanın müxtəlif yerlərə səpələniblər, amma burda daima qalası deyillər. Qarabağdan köçüb gedənlər qeyri-müəyyənlik içindədirlər. Məlumdur ki, dünən “çiçəyi burnunda qalmış prezident” Samvel Şahramanyanın oturduğu ofisə hücum olub. Qarabağdan köçmüş ermənilər heç bir səlahiyyəti qalmayan Şahramanyanda pul istəyiblər. Şahramanyan onların nümayəndələrinə deyib ki, Ermənistan hökuməti “artsax”ın “dövlət büdcəsini” dondurub, ona görə də kiməsə pul verə bilmirlər. Şahramanyanın o görüşdə “artsax”ın buraxılması haqqında sənəd imzalamadığını deməsi də bir ayrı lətifə mövzusudur. Aydındır ki, Şahramanyanın qondarma qurumu ləğv edib-etməməsinin nə o vaxt, nə indi heç bir əhəmiyyəti və ya hüquqi qüvvəsi yoxdur. Şahramanyan belə bir “sənəd” imzaladığı dəqiqdir, belə olmasaydı, hələ Xankəndidə oturanda bunu təkzib edə bilərdi. Guya imzalamayıb deyə, “artsax” yerində qalıb, hələ də “fəaliyyət” göstərir. Bu da erməni axmaqlığına daha bir nümunə-sübut... ​

maxresdefault (47).jpg (94 KB)

Bildirilir ki, Şahramanyanın ofisinə hücum Nikol Paşinyanla Samvel Babayanın birgə planı olub. Onlar “artsax hökumətinin” həmişəlik buraxılmasına, Ermənistan hökumətində “qaçqınların problemləri ilə məşğul olan orqan” yaatmaq və Samvel Babayanı ora rəhbər təyin etmək istəyirlər. Paşinyanın məqsədi əslində aydındır. Qarabağdan gəlmiş ermənilə indi həssas təbəqə hesab olunurlar və onları İrəvan hakimiyyətinə qarşı qaldırmaq istəyənlər də var. Babayan “qaçqınkom”a rəhbər olarsa, həm qarabağlı erməniləri, həm onlara veriləcək maliyyəni nəzarətdə saxlamaq olacaq. Qarabağlı ermənilər isə Babayanın mümkün təyinatına qarşıdırlar. Onlar deyirlər ki, Samvel Babayan “artsax”ın itirilməsinə görə məsuliyyət daşıyanlardan biridir və ona vəzifə vermək deyil, həbsə göndərmək lazımdır.

Qondarma xunta rejimi ləğv edildikdən sonra ermənilər nə müavinət, nə də təqaüd alırlar, Ermənistanda verilən kompensasiyaya isə 10 kvadratmetr ev kirayə etmək mümkündür. Əksəriyyət indi Paşinyan hakimiyyətinin verəcəyi kompensansiyanı gözləyirlər, o pulları aldıqdan sonra Rusiyanın ən müxtəlif bölgəsinə gedəcəklər. Ermənistan və Qarabağ erməniləri arasında münasibətlər hələ sovet dövründə gərgin olub, bir-birlərini bəyənməyiblər. Onların əksəriyyəti indi Ermənistanda “qaçıqın” adı ilə yaşamağı özlərinə rəva bilmirlər və gedənlər sırasında onlar birinci sırada olacaq. Əslində bu Paşinyana sərf edir, baxmayaraq ki, özü gedənlərlə bağlı rəqəmləri qəsdən azaldıb. Əslində isə xüsusən Rusiyaya gedənlərin sayı sürətlə artacaq.

6f78eb.png (851 KB)

Qarabağda qış adətən, sərt olur. Qarşıdan da qış gəlir. Ermənilər bunu yaxşı bilir. Ona görə bu qış qayıtmayacaqları dəqiqdir. Demək, yaz fəslinə qədər Azərbaycan əleyhinə fəal anti-təbliğat aparacaqlar. Bununla heç nəyə nail olas bilməyəcəklər, amma yenə pisliklərindən qalmayacaqlar. Azərbaycan hökumət erməniləri yaza qədər gözləyə bilər, bundan sonra isə məncə, artıq Xankəndində məskunlaşmanı başlamaq, oranın əsli sakinlərini qaytarmağa başlamaq olar. Ermənilərin fələstinlilər kimi “uçub” gəlməsi arzusu isə elə arzu olaraq qalacaq. Vaxtilə özlərini yəhudilərə, indi isə fələstinlilərə “bənzədirlər”. Ermənidilər ki, erməni...

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR