İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana Avropa ölkələrindən mal almaq daha ucuz başa gələcək - İqtisadçı dolların bahalaşmasından DANIŞDI

1054 17.06.2022 17:00 İqtisadiyyat A A

Xəbər verdiyimiz kimi, bugünlərdə FED təxminən 30 ilin ən aqressiv faiz artımını açıqladı.

Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini 75 baza bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırdı. Maraqlıdır ki, faiz artımı dolların milli valyutamıza qarşı məzənnəsinə necə təsir edəcək?

Bu sualla bağlı Sitat.info-ya açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirdi ki, Amerikada və dünyada qiymət artımı, inflyasiya prosesi davam etdiyinə görə faiz dərəcəsi artırılıb: “Azərbaycanda da Mərkəzi Bank inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcəsini qaldırıb. Amma ABŞ-da faiz dərəcəsinin real təsiri var. Kredit bahalaşır, qiymət artımının qarşısını almaq üçün banklardan az kredit alınacaq”.

Qeyd etdi ki, FED-in faiz dərəcəsinin qalxması dolların digər valyutalara nisbətdə bahalaşacağı deməkdir:” Çünki bazarda dollar həcmi azalıb, faiz dərəcəsi artıb. Digər valyutaların dollara nisbətdə ucuzlaşmasının bizim valyuta üçün mənfi təsiri yoxdur. Çünki neftin qiyməti də baha olaraq qalacaq. Dollar ehtiyatımız artır və Azərbaycan manatını faktiki, qeyri-rəsmi olaraq ABŞ-ın dollarına bağlayıblar. Milli valyuta avroya və digər valyutalara nisbətdə bahalaşacaq, nəticədə Azərbaycana Avropa ölkələrindən mal almaq daha ucuz başa gələcək”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR