İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Türkmənistandan svop qazı tədarükünü 2 dəfə artıracaq

690 06.06.2022 19:27 İqtisadiyyat A A

Azərbaycan İran vasitəsilə Türkmənistan qazının svop tədarükünün illik həcmini indiki 2 milyard kubmetrdən 4 milyard kubmetrə çatdırmaq barədə razılığa gəlib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, ötən həftə İranın neft naziri Cavad Ovci Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşündə bu barədə Anlaşma Memorandumu imzalanıb.

Xatırladaq ki, ötən il İran, Azərbaycan və Türkmənistan hər il 1,5-2 milyard kubmetr türkmən qazının Azərbaycana svop tədarükü barədə razılaşma imzalamışdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR