İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Türkiyədən 8,2 mln dollarlıq süd məhsulları idxal edib

394 31.05.2022 21:46 İqtisadiyyat A A

Ötən il Azərbaycan Türkiyədən 8,2 milyon dollarlıq (ABŞ) süd məhsulları idxal edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Egey Su məmulatları və Heyvan Məhsulları İxracatçılar Birliyi İdarə Heyətinin sədr müavini Melih İsliel deyib.

Məlumata görə, bununla da Azərbaycan Türkiyədən ən çox süd məhsulu idxal edən ilk 10 ölkədən biri olub.

Hesabat dövründə Türkiyədən ən çox süd məhsulu Misir (69 milyon dollar), İraq (60,5 milyon dollar), Əlcəzair (57,4 milyon dollar), Çin (52,8 milyon dollar), Birləşmiş Ərəb Əmirlikləri (24 milyon dollar), Banqladeş (23 milyon dolar), Küveyt (14,4 milyon dollar) İordaniya (9 milyon dollar) və Şimali Kipr Türk Respublikasına (8,4 milyon dolar) ixrac edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR