İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan qazı strateji dividentlər qazandırır-iqtisadçıdan açıqlama

684 25.04.2023 21:09 İqtisadiyyat A A

"Prezidentin Bolqarıstana budəfəki səfəri Cənub Qaz dəhlizinin 4- cü layihəsinin şaxələndirilməsi istiqamətində ciddi addım oldu. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi artıq 10-cu ölkəni əhatə edir".

İqtisadçı ekspert Eldəniz Əmirov Musavat.com-a açıqlamasında ölkə başçısının Bolqarıstan səfərini şərh edərkən xatırlatdı ki, öncəki marşrut İtaliyaya qədər uzanırdı, bu dəfə isə istiqamət şimala doğru, ordan da şimal-qərbə- Slovakiyaya qədər uzanır. Ekspert qeyd etdi ki, Azərbaycanın mövcud qaz ehtiyatlarının ixracı arealı getdikcə genişlənir: "2023-cü ilin planında 47,2 milyard kub metr qaz ixracı nəzərdə tutulub ki, 24,5 milyard kub metrdən artığı ixraca yönəlib. Bu, Avropaya əlverişli dividentlər qazandırır".

E.Əmirov vurğuladı ki, Azərbaycan qazının ixracı təkcə, maddi dəyər qazandırmır. Artıq bütün Şərqi Avropa ölkəmizin strateji tərəfdaşına çevirir: "Azərbaycan strateji olaraq möhkəmlənir. Bu layihələr böyük miqyaslı əməkdaşlıqlar üçün imkanlar yaradır".

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR