İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan pəhləvanı dünya rekordunu qırdı - FOTO

858 02.04.2024 19:57 Son xəbər A A

Azərbaycanlı pəhləvan Vüsal Cavadov yeni rekordlar müəyyənləşdirib.

Musavat.com İdman.Biz-ə istinadən bildirir ki, o, Gənclər və İdman Nazirliyinin binasının qarşısında baş tutan çıxışında bir sıra dünya rekordlarını yeniləyib.

Pəhləvan ilk olaraq kəndirə bağlı vəziyyətdə mətbəx bıçağını ağzında dişi ilə tutaraq "Jeep" markalı avtomobili dartıb.

İkinci hərəkətlə çəki daşına bağlı vəziyyətdə mətbəx bıçağını ağız nahiyəsində dişlə yerdən qaldırıb.

Üçüncü hərəkətdə isə ayağı yalın şüşə qırıntıları üzərində dayanaraq hər iki əlində çəki daşları iplə bıçağa bağlı vəziyyətdə və bıçaqla əldə tutaraq qolları horizontal vəziyyətdə saxlayaraq, daşları havada saxlayıb.

Prosesi qeydə almaq üçün Azərbaycana gələn Dünya Rekordçuları və Dünya Rekordlar Federasiyasının nümayəndələri bunu təsdiqləyiblər.

Pəhləvanı idman ictimaiyyətinin nümayəndələri, nazirliyin rəsmiləri və media üzvləri izləyiblər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR