İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Ordusunun təlim zamanı həlak olan əsgəri Qubada dəfn olunub - YENİLƏNİB - FOTO

778 06.04.2024 14:36 Ölkə A A

Azərbaycan Ordusunun təlim zamanı açılan atəş nəticəsində həlak olan əsgəri Saleh Xələfovla vida mərasimi başa çatıb.

Musavat.com report-a istinadən xəbər verir ki, Quba şəhərinin “Dəvədabanı” yaşayış massivində mərhumun ailəsinin yaşadığı evdə təşkil olunan vidada rəsmi şəxslər, əsgərin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

S.Xələfov Quba şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov əsgərin tabutuna bükülən üçrəngli Azərbaycan bayrağını mərhumun atası Kamal Xələfova təqdim edib.

***12:57

Azərbaycan Ordusunun təlim zamanı açılan atəş nəticəsində həlak olan əsgəri Saleh Xələfovla vida mərasimi keçirilir.

Musavat.com report-a istinadən xəbər verir ki, mərasim mərhumun ailəsinin yaşadığı Quba şəhərinin “Dəvədabanı” yaşayış massivində təşkil olunub.

Vidada rəsmi şəxslər, əsgərin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Mərasim başa çatandan sonra S.Xələfov Quba şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, 2005-ci il təvəllüdlü Xələfov Saleh Kamal oğlu təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində həlak olub.

Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.

Xatırladaq ki, S.Xələfov Quba rayonunun Əlik kəndində anadan olub. Hərbi xidmətə ötən ilin oktyabr ayında yollanmışdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR