İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan ordusu Əsgərandadır? – Üzeyir Cəfərovla “Canlı debat”

2694 25.03.2022 13:51 Gündəm A A

Ermənilərin informasiya təxribatı davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Vurğulanıb ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-ların istifadə edilməsi ilə silahlı toqquşmanın baş verməsi və nəticədə hərbi qulluqçularımızın həlak olması barədə Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır.

"Bildiririk ki, Azərbaycan ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir. Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir", - nazirlikdən qeyd olunub.

Azərbaycan ordusu Əsgəran rayonunun Fərrux kəndi istiqamətində irəliləyib. Rusiya sülhməramlıları danışıqlar yolu ilə irəliləyişi dayandırmağa və onları ilkin mövqelərinə qaytarmağı çalışırlar. Eduard Şahnazarov bildirib ki, Azərbaycan ordusu Fərrux kəndində nəzarəti ələ keçirilib.

Qarabağda nələr baş verir? Erməni saytları və teleqram kanalları nədən narahatdılar? Ordumuz hansı irəliləyişləri əldə edib? Eyni zamanda Rusiya-Ukrayna müharibəsində gəlinən mərhələ nədən xəbər verir?
Bu və digər sualları bu gün saat 14.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat”da hərbi ekspert Üzeyir Cəfərovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

 

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR