İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan neftinin qiyməti 79 dollardan aşağı düşüb

399 07.06.2023 11:49 İqtisadiyyat A A

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,96 ABŞ dolları, yaxud 1,21 % azalaraq 78,56 ABŞ dolları təşkil edib.

Musavat.com report-a istinadən xəbər verir ki, bu barədə neft bazarındakı mənbədən bildirilib.

Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçersləri 75,89 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR