İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Neft Fondunun rəhbəri VTB-nin Müşahidə Şurasına buraxılmadı

2021 20.02.2023 11:45 İqtisadiyyat A A

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) nümayəndəsi Rusiyanın dövlət bankı olan VTB-nin Müşahidə Şurasının üzvlüyünə namizədlər sırasına daxil edilməyib.

Musavat.com “İnterfaks”a istinadən xəbər verir ki, 2013-cü ildən bankın ən böyük minoritar səhmdarı olan ARDNF-nin icraçı direktoru həmişə onun Müşahidə Şurasının üzvü olub.

Qeyd edək ki, VTB 2022-ci ildə Qərbin sanksiya siyahısına salındıqdan sonra Müşahidə Şurası üzvlərinin siyahısını gizlədir. Şura üzvlüyünə namizədlərin siyahısı səhmdarların illik yığıncağına dair materiallarda açıqlanıb, lakin səsvermənin nəticələri orada yoxdur.

ARDNF-nin icraçı direktoru İsrafil Məmmədovun namizədliyi irəli sürülsə də, Rusiya hökumətinin fevralın 16-da təsdiqlədiyi namizədlər siyahısında onun adı yoxdur – qalan bütün təklif olunanlar təsdiqlənib.

Xatırladaq ki, 2012-ci ildə ARDNF VTB-nin 2,95 faiz səhmini 500 milyon dollara əldə edərək, bankın ən böyük minoritar səhmdarı olub. Bankın nəzarət səhm paketi “Rosimuşestvo”ya (60,93 faiz) məxsusdur. ARDNF-dən əlavə, VTB-nin xarici səhmdarları arasında 2,35 faiz payla “Qatar Holding LLC” də var.

Rusiya hökumətinin niyə İsrafil Məmmədovun VTB Müşahidə Şurası üzvlüyünə namizədliyini təsdiqləmədiyi maraq doğurur. Onun adının namizəd siyahısında olması ARDNF-nin bankın səhmdarı olaraq qaldığını göstərir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR