İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyədə “Bir millətin iki dövləti” adlı jurnal təsis edəcək

463 22.05.2024 17:29 Dünya A A

Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ankaradakı Dünya Söz Akademiyasının və “Kültür Ajans Yayınları” Nəşriyyat Evinin rəhbəri, professor Hayrettin İvginlə görüşüb.

Musavat.com xəbər verir ki, səfirliyin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzində baş tutan görüşdə Azərbaycan – Türkiyə ədəbi əlaqələri, Azərbaycan ədəbiyyatının Türkiyədə tanıdılması istiqamətində əməkdaşlıq, birgə tədbirlər və layihələrin həyata keçirilməsi müzakirə olunub.

Görüş zamanı Samir Abbasov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncanı ilə Türkiyədə yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan ədəbiyyatı, dilinin təbliği məqsədi ilə layihələr həyata keçirəcəyini qeyd edərək, hər iki ölkənin ədəbiyyatşünaslarının bir-birinə daha da yaxınlaşdırılması, ortaq layihələrə cəlb olunması, Azərbaycan klassiklərinin əsərlərinin Türk dilinə çevrilməsi və nəşri istiqamətində işlərin həyata keçiriləcəyini qeyd edib. O, bu istiqamətdə təcrübəyə malik Ankaradakı Dünya Söz Akademiyası və “Kültür Ajans Yayınları” Nəşriyyat Evi ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Professor Hayrettin İvgin qardaş Azərbaycanla yüksək səviyyəli əlaqələrdən danışaraq, Azərbaycanla ədəbi əlaqələrin əhəmiyyətli olduğunu, Azərbaycan mədəniyyəti və ədəbiyyatının Türkiyədə tanıdılması və təbliğinin vacib olduğunu bildirib. O, bu istiqamətdə yeni yaradılan Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlığa hazır olduğunu qeyd edib.

Görüşdə Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin daha da yaxınlaşdırılmasına dair layihələrin icrası, Azərbaycan ədəbiyyatının nümunələrinin Türk dilinə tərcüməsinin həyata keçirilməsi, il ərzində dahi Azərbaycan şairi, Türk dünyası ədəbiyyatının tanınmış nümayəndəsi Məhəmməd Füzulinin 530 illik yubileyinə dair iki ölkənin Füzulişünaslarının iştirakı ilə beynəlxalq Konfransın təşkili, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyədə “Bir millətin iki dövləti” adlı Elmi – nəzəri, publisistik jurnalın təsis edilməsi razılaşdırılıb.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR