İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan güləşçisi erməniyə qalib gələrək Avropa çempionu olub

509 13.03.2022 09:25 İdman A A

Azərbaycanın sərbəst güləşçisi Zirəddin Bayramov Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Musavat.com "report"a istinadən xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Ermənistan təmsilçisi Qraçya Marqaryanla üz-üzə gəlib.

Rəqibinə 4:1 hesabı ilə qalib gələn Bayramov Avropa çempionatının qalibi olub.

57 kq-dakı Tofiq Əliyev bolqar İvaylo Tisovu məğlub edərək bürünc medala sahib çıxıb.

Qeyd edək ki, bu gün həmçinin İslam İlyasov (97 kq) qızıl, Əşrəf Aşırov (79 kq) bürünc medal uğrunda görüşə çıxacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR