İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan çempionatında səs-küy yaradan yeni hücumçu – Hər ay nə qədər qazanır?

5933 22.09.2023 17:50 İdman A A

"Səbail"in ən ödənişli futbolçusunun kimliyi məlum olub.

Həmin oyunçu Aleksandr Ramalinqomdur.

"Dənizçilər" bu yay heyətinə qatdığı və 1 illik müqavilə bağladığı hücumçuya hər ay 17 min dollar ödəyir.

Son mövsümü "Sedan"da (Fransa) keçirmiş forvard hazırda Premyer Liqanın bombardiridir. O, geridə qalan 6 turda 4 qola imza atıb.

Madaqaskar millisinin üzvü karyerası ərzində "Marinyan", "Balajn", "Ayaçço", "Marinyan Cinyak", "Bezye" (hamısı Fransa) "Virton" (Belçika) klublarının uğurları üçün çalışıb. 30 yaşlı qolçu yığmada 8 oyun keçirib./SPORTİNFO.AZ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR