İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Beynəlxalq Mədəniyyət Festivalında təmsil olundu FOTO

690 07.12.2025 19:56 Mədəniyyət A A

7 dekabr tarixində Xarici ölkələrin təmsilçilərinin Həyat Yoldaşları Həmrəylik Dərnəyi (DMEDD) tərəfindən təşkil edilən Ənənəvi Kermes (Xeyriyyə Bazarı) Festivalı Ankarada Sheratin otelində keçirilib.

Musavat.com xəbər verir ki, Türkiyədəki Azərbaycan Səfirliyi və onun nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizi təmsil edib.

Azərbaycan stendində ölkəmizin mədəni zənginliyi, yeməkləri, milli yeməkləri və şirniyyatları təqdim edilib.

Festivalda Türkiyədə fəaliyyət göstərən səfirliklər, mədəniyyət mərkəzləri aktiv iştirak edərək, ölkələrinin milli stendlərini təqdim edib, milli mədəniyyət və mətbəxlərinə dair təqdimatlar ediblər. Festivalın bədii proqramında Türkiyə və başqa ölkələrin musiqi-rəqs qrupları çıxış ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin Zəngəzur Rəqs Qrupu mədəni proqramda milli rəqslərimizi təqdim edib.

Qeyd edək ki, Festivaldan əldə edilən ianələr təhsil təqaüdləri və sosial yardım layihələrinə sərf olunacaqdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR