İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan “bəbir”lərinin parlaq çıxışı, sönük nəticəsi

1819 30.10.2022 13:34 İdman A A

Xəbər verildiyi kimi, Qazaxıstanın Türküstan şəhərində keçirilən “Turan bəbiri” adlanan qazax güləşi üzrə Asiya kubokunda Azərbaycan idmançıları da yarışıb.

Komanda yarışı səciyyəsi daşıyan yarışda Qazaxıstan, Özbəkistan və Qığrğıztan pəhləvanları müvəffəq olub, müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerləri tutaraq böyük pul mükafatı qazanıblar.

Azərbaycan yığmasının güləşçilərinin çıxışı uğurlu olmayıb. Onlardan bəziləri çox parlaq qələbə qazansalar da, bəziləri son saniyələrdə qələbə xalını əldən veriblər. Məsələn, 18 yaşlı Nihat Nəzərlinin sırf çox gənc olması üzündən daha yaşlı və daha təcrübəli rəqibinə son saniyədə verdiyi bir xal onun və komandasının məlubiyyətinə səbəb olub.

f52ddbdf-b535-40d3-b046-2498a8e77f27.jpg (113 KB)

Xeyli dərəcədə cüdoya bənzəyən yarışmada ən parlaq qələbələr Eyvaz Baxşıyev, Elçin Hüseynov və Nicat Acalov qazanıblar.

Xüsusilə də Nicatın rəqiblərindən birini oyun bitənə az qalmış, digərini isə elə yarış başlayan kimi ippon xalı ilə məğlub etməsi zala toplaşanlar tərəfindən alqışlarla qarşılanıb.

48c3772d-ef87-4ad7-bdc1-8d36d9448129.jpg (92 KB)

N.Acalovun əməkdaşımıza dediyinə görə, əslində o, hər iki dəfə öz çəkisindən artıq pəhləvanlarla güləşib. Nicat yaxın gələcəkdə öz çəkisini bir az aşağı salaraq, optimal çəki dərəcəsinə düşəcəyini və olimpiya və digər yüksək səviyyəli yarışmalara lisenziya qazanmağa çalışacağını bldirib.

Bu yarışmanın ən təqdirəlayiq tərəfi odur ki, yerli jurnalistlər və azərbaycanlı idmançılarla ünsiyyətdə olan hər kəs onların özlərini sadə, ədəbli aparmalarından, ünsiyyətcil olmalarından danışırdı. Necə deyərlər, idmançılarımız qazax güləşinin çempionu olmasalar da, qazaxların könüllərinin çempionu ola bildilər.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR